26 
May
2017
09:32
87
27
3048
Virtual karabakh

Manatın xarici valyutalara qarşı məzənnəsi bahalaşdı

26 May, 2017
09:32
3048

Manatın xarici valyutalara qarşı məzənnəsi bahalaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 26-a olan məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 25-i ilə müqayisədə 0,01% ucuzlaşaraq 1,7020 manat olub.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,9133 manatdan 1,9062 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0302 manatdan 0,0300 manata düşüb.

Türkiyə lirəsinin məzənnəsi 0,4785 manatdan 0,4768 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,2098 manatdan 2,1922 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7057 manatdan 0,7026 manatadək azalıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri