26 
May
2017
10:16
46
97
1828
Virtual karabakh

OPEC-in qərarından sonra “AzeriLight”ın qiyməti ucuzlaşıb

26 May, 2017
10:16
1828

OPEC-in qərarından sonra “AzeriLight”ın qiyməti ucuzlaşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,99 dollar və ya 1,80% azalaraq 53,98 dollar təşkil edib.

Qeyd edək ki, “AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xatırladaq ki, OPEC və kartelə üzv olmayan neft ölkələri mayın 25-də Vyanada keçirilən növbəti sammitdə neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı ildə qəbul edilmiş anlaşmanı daha 9 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.

U.A.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri