26 
May
2017
16:57
73
27
1871
Virtual karabakh

“Moody`s” Beynəlxalq Bankın daha bir reytinqini endirib – YENİLƏNİB

26 May, 2017
16:57
1871

“Moody`s” Beynəlxalq Bankın daha bir reytinqini endirib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Xalid Əhədov mayın 23-də Londonda bankın xarici kreditorları ilə keçirilmiş görüşdən dərhal sonra əvvəlcə “Fitch”, ardınca bu gün “Moody’s” beynəlxalq reytinq agentliyinin ABB-nin reytinqlərini aşağı salmasına bir daha münasibət bildirib.

Bankın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, X.Əhədov deyib ki, bank rəhbərliyi tərəfindən əvvəlcədən də bəyan edildiyi kimi, bu addım gözlənilən idi: “Restrukturizasiya prosesi keçən bank üçün bu, normal bir qərardır. 

Beynəlxalq reytinq agentlikləri öz ənənəvi standartlarına və praktikalarına əsaslanaraq ABB-nin reytinqlərini müvəqqəti aşağı saldılar. 

Bu hal qısamüddətlidir. Bankın maliyyə mövqeləri gücləndikcə, beynəlxalq agentliklər öz qərarlarına yenidən baxaraq bankın reytinqlərini yenidən yüksəldəcəklər”.

Sədr vurğulayıb ki, bu qərarların bankın fəaliyyətinə hər hansı təsiri yoxdur. ABB bütün bank əməliyyatlarını, müştərilərə xidməti normal qaydada davam etdirir.

Onun sözlərinə görə, bankın xarici öhdəliklərinin restrukturizasiyası ABB-nin müştərilərinin və tərəfdaşlarının maraqlarına uyğundur. 

Bu proses bankın Azərbaycanda və xaricdə yenidən güclənməsini, maliyyə mövqelərinin möhkəmlənməsini təmin edəcək.

16:20

Azərbaycan Beynəlxalq Bankının xarici valyutada yüksək təminatsız kredit reytinqi “Caa3” səviyyəsindədir. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Moody's” reytinq agentliyi məlumat yayıb.

Reytinq agentliyi bildirir ki, “Moody`s” bankın xarici və yerli valyutada uzunmüddətli depozit reytinqini “B1” səviyyəsindən “Caa2” səviyyəsinə endirib.

Depozit reytinqinin aşağı salınmasını agentlik bu cür izah edib: “Bundan öncə hökumətin banka maliyyə yardımının mümkünlüyü “çox yüksək” səviyyədə qiymətləndirirdiksə, hal-hazırda bunu “yüksək” kimi qiymətləndiririk. 

Hökumət və bankın birgə açıqlamasında restrukturizasiya prosesinin fiziki şəxslərin əmanətlərinə və korporativ depozitlərinə təsir etməyəcəyi bəyan olunub”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri