26 
May
2017
17:56
22
111
1946
Virtual karabakh

“DəmirBank” kart artımına görə 2-ci oldu

26 May, 2017
17:56
1946

“DəmirBank” kart artımına görə 2-ci oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

23 may tarixində “MasterCard”ın Azərbaycan üzrə ölkə nümayəndəliyi tərəfindən təşkil olunmuş “Future is now” tədbirində “Dəmirbank” da mükafatçılar sırasında öz yerini alıb. Belə ki, “DəmirBank” 2016-cı ildə debit “MasterCard” kartlarının say miqdarını ən çox artıran 2-ci bank kimi sertifikatla təltif edilib. 

“DəmirBank”ın plastik kartları ilə Azərbaycanda, eləcə də dünyanın 200-dək ölkəsində bir çox ticarət və xidmət müəssisələrində məhsul və xidmətlərin qiymətinin heç bir komissiya tutulmadan nağdsız ödənişini həyata keçirmək mümkündür. 

“DəmirBank” daim müştərilərinin qayğısına qalaraq onlayn ödənişlərin təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün bütün plastik kartlarını “3D Secure” xidmətinə qoşub. Bu xidmət onlayn ödənişlərin təhlükəsizliyini daha da artırır və pullarınızı internet fırıldaqçılardan qoruyaraq alış-veriş prosesini daha xoş və rahat edir. 

Qeyd edək ki, “DəmirBank”ın plastik kartlarının üstünlük və xidmətlərindən yararlanmaq isətəyən müştərilə tək şəxsiyyət vəsiqəsi ilə Bank-ın istənilən filialına müraciət edərək plastik kart sifariş edə bilərlər.

Plastik kartların sifarişini “DəmirBank”ın inernet səhifəsi üzərindən də etmək mümkündür. Sifariş olunan plastik kartlar maksimum 3 iş gününə hazır edilir. “DəmirBank”ın 24/7 Mərkəz filialında istənilən növ plastik kartın sifarişi, balans artımı və nağdlaşdırma fasiləsiz olaraq müştərilərin xidmətindədir.

Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi:  (012) 149 

http://www.demirbank.az/?/az/
www.facebook.com/demirbank.az

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri