27 
May
2017
13:08
357
39
2753
Virtual karabakh

Azərbaycanda siqaret istehsalı kəskin azalıb

27 May, 2017
13:08
2753

Azərbaycanda siqaret istehsalı kəskin azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 10692 min manat həcmində tütün məmulatları istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49% azdır.

Oxu.Az-ın məlumatına görə, bu barədə Report nəşri Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, ölkədə bu ilin ilk dörd ayı ərzində 193,5 mln. ədəd papiros və siqaret, 940,5 ton fermentləşdirilmiş tütün istehsal olunub. İllik müqayisədə fermentləşdirilmiş tütün istehsalında 14,7% artım, papiros və siqaret istehsalında isə 77,7% azalma qeydə alınıb. 

Qeyd edək ki, cari il mayın 1-nə ölkədə 2,1 mln. ədəd hazır məhsul ehtiyatı yaranıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri