30 
May
2017
09:05
135
82
3910
Virtual karabakh

Neftin qiyməti yenidən ucuzlaşdı – YENİLƏNİB

30 May, 2017
09:05
3910

Neftin qiyməti yenidən ucuzlaşdı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.

Bu barədə Oxu.Az Bloomberg-ə istinadən xəbər verir. 

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,21% azalaraq 52,18 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14% ucuzlaşaraq 49,87 dollar təşkil edib.

29 may, 10:50

Dünya bazarlarında “qara qızıl”ın qiyməti ucuzlaşıb.

Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28% azalaraq 49,66 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,25% ucuzlaşaraq 52,38 dollar olub. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri