16 
İyn
2017
12:38
13
46
1566
Virtual karabakh

Bağlanmış bankın BFB-dakı payı satışa çıxarılır

16 İyn, 2017
12:38
1566

Bağlanmış bankın BFB-dakı payı satışa çıxarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “United Credit Bank” ASC-nin (“UCB”) “Bakı Fond Birjası” QSC-dəki payını satışa çıxarmağa hazırlaşır.

Oxu.Az fonda istinadən xəbər verir ki, payın satılması məsələsi BFB-nin səhmdarlarının iyunun 14-də keçirilmiş ənənəvi yığıncağında müzakirə obyekti olub. Yığıncaqda iştirak edən ADIF-in nümayəndəsinə bununla bağlı hüquqi prosedurlara başlamaq və “UCB”-nin payını digər səhmdarlara təklif etmək tövsiyə olunub.

Qeyd edək ki, “UCB”-nin lisenziyası ötən ilin yanvar ayında ləğv edilib. Bank BFB-nin səhmlərinin 4,76%-nə nəzarət edir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri