16 
İyn
2017
12:57
6
66
1585
yuxarı
Bankların məcburi ehtiyat saxlaması qaydası dəyişir
16 İyn, 2017
12:57
1585
6
66
Bankların məcburi ehtiyat saxlaması qaydası dəyişir
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, dəyişikliyə əsasən, bank məcburi ehtiyatları hesablama bazasına daxil olan milli valyutada və qiymətli metallarda depozitlər üzrə Mərkəzi Bankda olan manatla müxbir hesabında, xarici valyutada olan depozitlər üzrə isə Mərkəzi Bankda istənilən xarici valyutada olan müxbir hesabında saxlamalıdır.
Qayda Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları üçün məcburi ehtiyatlar normasını, məcburi ehtiyatların hesablanması və saxlanması qaydasını müəyyən edir.
Dəyişiklik 2017-ci il 1 avqust tarixindən qüvvəyə minəcək.
L.Ə.
Bizimlə əlaqə saxlayın
Digər İqtisadiyyat xəbərləri
20 
Apr
2024
00:00
“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO
137
15
3958
19 
Apr
2024
20:00
Azərbaycanla Ermənistan arasında mühüm razılaşma - Xəbərlərin 20:00 buraxılışı
95
9
756