16 
İyn
2017
14:11
15
52
1131
Virtual karabakh

Xarici investorların biznesə başlamaq proseduru sadələşdirilir

16 İyn, 2017
14:11
1131

Xarici investorların biznesə başlamaq proseduru sadələşdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xarici investorların Azərbaycana gəlmədən biznesə başlaya bilməsi üçün qanunvericilik bazası hazırlanır, hökumətə müvafiq qanun layihəsi təqdim edilib”.

Oxu.Az xəbər verir ki, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktoru Samirə Musayeva deyib.

O bildirib ki, qeyri-rezidentlər Azərbaycandakı vergi ödəyicilərindən özlərinə vergi agenti təyin edib, onun köməyi ilə lazımi əməliyyatları apara biləcəklər.

“Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı İkiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlərin (DTA) inzibatçılıq qaydalarının sadələşdirilməsi” mövzusunda təqdimat edən S.Musayeva digər dövlətlərlə bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlər şəbəkəsindən söz açıb.

Nazirliyin rəsmisi qeyd edib ki, DTA formaları sadələşdirilib, elektron müraciət etmək, bütün gəlir növləri üzrə güzəştlərin əvvəlcədən tətbiq edilməsi, formanın təsdiqinin gəlir ödəyən şəxsə birbaşa onlayn göndərilməsi imkanı yaradılıb:  “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi nəzərdə tutulur. Xarici ölkələrlə elektron imza, o cümlədən “ASAN imza” sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi istiqamətində intensiv işlər aparılır. Bütün bunlar vergi ödəyicilərinin xərclərinin optimallaşdırılması və biznesin təşviqinə xidmət edir, xarici biznes tərəfdaşları arasında sənədlərin elektron formada tərtibi və imzalanmasına, digər dövlətlərlə elektron məlumat mübadiləsi, transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə, xarici investorlar üzrə vergi və inzibati xərclərinin azalmasına imkan verir”.

Qeyd edək ki, son iki ildə ölkəyə yatırılan  xarici investisiyaların həcmi azalıb. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri