19 
İyn
2017
10:05
3
48
2513
Virtual karabakh

Ən ucuz dollar və avro hansı bankda satılır?

Bu gün səhər saatlarında Azərbaycan kommersiya bankları dolların məzənnəsinə dəyişiklik edib.

Oxu.Az xəbər verir ki, hazırda ABŞ valyutasının ən sərfəli alış məzənnəsi 1.6930 AZN, ən sərfəli satış məzənnəsi isə 1,695 AZN-dir.

ABŞ valyutasının sərfəli alışı “Azər Türk Bank” və “Günay Bank”dadır. Bu banklarda dolların alışı 1,6930 AZN təşkil edir. Sərfəli satış isə “DəmirBank”da aparılır. Bankda dolların məzənnəsi 1,695 AZN-dir.

Avronun məzənnəsi üzrə ən sərfəli alış “Amrahbank” və “Günay Bank”da həyata keçirilir. Avronun alış məzənnəsi bu banklarda 1,894 AZN-dir. Avro bölgəsinin valyutasının satışı isə ən sərfəli “Azərbaycan Beynəlxalq Bankı”ndadır - 1,8971 AZN.

L.Ə.

www.oxu.az 

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.