19 
İyn
2017
13:37
15
83
1279
Virtual karabakh

Banklar güzəştli ipoteka kreditlərini dayandırıb

İpoteka Fonduna müvəkkil kredit təşkilatlarında güzəştli ipoteka kreditlərinin verilməsi üzrə limit bitib. 

Oxu.Az fonda istinadən xəbər verir ki, 24 müvəkkil kredit təşkilatından hazırda heç biri güzəştli ipoteka krediti ayırmır.

Adi ipoteka kreditlərinə gəlincə, 22 bankda ipoteka krediti aktivdir. 

Onu da nəzərə çatdıraq ki, banklar kredit almaq üçün ailənin hər bir üzvünə düşən yaşayış minimumunun məbləğini artırıb. Belə ki, yaşayış minimumu 155-200 manat arasında müəyyən edilib. 

Nəzərə çatdıraq ki, 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat təsdiqlənib. 

Bu arada, ötən il yaşayış minimumu ölkə üzrə 136 manat təşkil edirdi. Həmin ərəfədə də banklar kredit almaq üçün ailənin hər bir üzvünə düşən yaşayış minimumunun məbləğini 136-200 manat hesablayırdılar. 

Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən dövlət büdcəsindən İpoteka Fonduna (AİF) 16,6 milyon manat vəsait ayrılıb. 

İlin 4 ayında isə banklar tərəfindən 16,1 milyon manat ipoteka krediti təqdim olunub. AİF-in yerləşdirilmiş istiqrazlarının həcmi 25,0 milyon manat təşkil edib. 

Müvəkkil Kredit Təşkilatları tərəfindən ayrılan kreditlərin həcmi 42187,6 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1304,5 milyon manat artım deməkdir. 

L.Ə.
www.oxu.az 

 

Digər İqtisadiyyat xəbərləri