19 
İyn
2017
15:42
14
61
354
Virtual karabakh

Qlobal təbii qaz ixracı artıb

Qlobal enerji bazarlarında qaz ixracı ötən il 2015-ci illə müqayisədə 4,8 faiz artaraq 1 trilyon 840 milyon kubmetrə yüksəlib.

Oxu.Az Bloomberg istinadən xəbər verir ki, bu barədə BP-nin “2017 Dünya Enerji Mənzərəsi” hesabatında qeyd edilir. Bildirilir ki, mavi qaz satışlarının 68%-i (737 milyard 500 milyon kubmetr qaz) boru kəmərləri vasitəsilə, 32%-i (346 milyard 600 milyon kubmetr) mayeləşdirilmiş qaz ixracı (LNG) yolu ilə həyata keçirilib.  

Qlobal enerji bazarlarında qaz ixracı əvvəlki illə müqayisədə 4,8 faiz artaraq 1 trilyon 840 milyon kubmetr təşkil edib. 2015-də bu rəqəm 1 trilyon 340 milyon kubmetr idi.

Magistral kəmərlərlə qaz ixracında Rusiya 190 milyard 800 milyon kubmetrlə ilk sırada yer alıb. Rusiyadan sonra ikinci sırada 109 milyard 800 milyon kubmetr qaz ixracı ilə Norveç gəlir.

Dünyada 2016-da boru kəmərləri vasitəsilə ən çox qaz alan ölkə  Almaniya olub. Almaniya 99 milyard 300 milyon kubmetr qaz alıb. ABŞ 82 milyard 500 milyon kubmetr qaz idxalı ilə ikinci sırada yer alıb.  

Hesabat dövründə  qlobal bazarda ən çox mayeləşdirilmiş qaz satışı Qətər tərəfindən reallaşdırılıb.  

LNG-yə tələbat isə daha çox Yaponiya və Cənubi Koreyada olub.

Kəmərlərlə ən çox qaz ixrac etmiş ölkələr, satış həcmi  (kubmetr)

 Rusiya -190,8 milyard
 Norveç - 109,8 milyard
 Kanada - 82,4 milyard
 ABŞ - 60,3 milyard
 Hollandiya - 52,3 milyard

 Kəmərlərlə ən çox qaz idxal edən ölkələr

 Almaniya - 99,3 milyard
 ABŞ - 82,5 milyard
 İtaliya - 59,4 milyard
 Meksika - 38,4 milyard
 Çin- 38 milyard

 LNG formasında ən çox qaz ixrac edən ölkələr

 Qətər - 104,4 milyard
 Avstraliya - 56,8 milyard
 Malayziya - 32,1 milyard
 Nigeriya - 23,7 milyard
 Bruney - 21,2 mlrd

 LNG formasında ən çox idxal edən ölkələr

 Yaponiya - 108,5 milyard
 Cənubi Koreya - 43,9 milyard
 Çin - 34,3 milyard
 Hindistan - 22,5 milyard
 Tayvan - 19,5 milyard

L.Ə.

www.oxu.az 

 

Digər İqtisadiyyat xəbərləri