19 
İyn
2017
16:11
8
152
1314
Virtual karabakh

Azərbaycanda velosiped bahalaşıb

2017-ci ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobilləri 10,8%, minik avtomobilləri üçün ehtiyat hissələri 12,7%, velosipedlər 15,3% bahalaşıb.

Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, may ayında minik avtomobillərinin qiymətlərində dəyişiklik qeydə alınmayıb. Minik avtomobili hissələri və velosipedlərin qiymətləri isə müvafiq olaraq 0,3% və 0,8% artıb. 

Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə illik bahalaşma minik avtomobilləri üzrə 17,3%, onun ehtiyat hissələri üzrə 14,1% və velosipedlər üzrə 69,4% təşkil edib.

L.Ə. 

www.oxu.az 

Digər İqtisadiyyat xəbərləri