19 
İyn
2017
16:35
20
147
3424
Virtual karabakh

Formula-1 bolidlərinin Bakıya gətirilməsinə başlanıldı – FOTO

Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanına yüklərin gətirilməsinə başlanılıb.

Oxu.Az xəbər verir ki, Yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla, 600 tondan çox yük, altı reyslə Monreal şəhərindən gətirilib. 
Daha iki reys bu həftə yerinə yetiriləcək.

Reysləri “Silk Way Airlines”, “Cargolux”, “Qatar Cargo” və “AirBridgeCargo” yük aviaşirkətləri yerinə yetirirlər.

Formula-1 Azərbaycan Qran-Prisinin başlanmasına qədər ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır. 

Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

Xatırladaq ki, Azərbaycan Qran-Prisi 2017-ci il iyunun 22-dən 25-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda baş tutacaq.

E.Ə.
www.oxu.az