22 
İyn
2017
12:55
37
21
1215
Virtual karabakh

Hesablama Palatası İpoteka Fondunda yoxlamaları başa çatdırıb

22 İyn, 2017
12:55
1215

Hesablama Palatası İpoteka Fondunda yoxlamaları başa çatdırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. 

Oxu.Az palataya istinadən xəbər verir ki, iclasda dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına və “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaitlərinin formalaşması və istifadəsi ilə bağlı təhlilin nəticələrinə dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə edilib. 

İclasa dəvət olunmuş Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Rüfət Həsənov və Mühasibat Uçotu sektorunun müdiri Əkrəm Hətəmov müzakirələrdə iştirak edib, Kollegiya üzvlərinin suallarını cavablandırıblar. Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri