22 
İyn
2017
15:10
9
126
2290
Virtual karabakh

Xarici dövlət borcunun yuxarı həddi artırılır

22 İyn, 2017
15:10
2290

Xarici dövlət borcunun yuxarı həddi artırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2017-ci il dövlət büdcəsinə dəyişikliyin edilməsi haqqında” qanunda Azərbaycan Beynəlxalq Bankının avrobondlarının emissiyası ilə əlaqədar xarici dövlət borcunun yuxarı həddinin 4,5 mlrd. manatadək artırılması nəzərdə tutulub.

Oxu.Az xəbər verir ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2017-ci il dövlət büdcəsinə dəyişikliyin edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.

Komitənin üzvü Vahid Əhmədov bildirib ki, xarici dövlət borcunun yuxarı həddinin 4,5 mlrd. manatadək artırılması nəzərdə tutulub: “Bilirsiniz ki, dövlət başçısının Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması, o cümlədən özəlləşdirməyə hazır vəziyyətə gətirilməsi üçün fərmanı var.

Bankın xarici öhdəliklərinin restrukturizasiyası üçün dövlət 4 mlrd. manat ayıracaq. Beləliklə, dövlət büdcəsinin kəsiri 1 mlrd. 173 mln. manata yaxın olacaq ki, bu da ÜDM-in 1,8%-nə bərabər olacaq”.

Xatırladaq ki,  Azərbaycan Respublikasının 2017-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 milyard  manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti)  500 milyon manat təsdiq edilmişdi.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri