22 
İyn
2017
17:01
613
26
21845
Virtual karabakh

Birinci vitse-prezident işə qarışdı - Şəhidin borcu bağlandı

22 İyn, 2017
17:01
21845

Birinci vitse-prezident işə qarışdı - Şəhidin borcu bağlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir qədər əvvəl “Para” BOKT ASC-nin Aprel şəhidi Xaliq Əzizzadəni kreditə görə məhkəməyə verməsi ilə bağlı xəbər vermişdik. Bildirilirdi ki, şəhidin adına Xətai Rayon Məhkəməsindən  borcu barədə bildiriş gəlib və o, ödəmədiyinə görə məhkəməyə çağırılıb.

Oxu.Azxəbər verir ki, məsələ ilə bağlı deputat Qənirə Paşayeva sosial şəbəkədə status yazaraq bundan narahatlığını bildirib. Bir müddət sonra  millət vəkili  artıq problemin həll edildiyi barədə məlumat yayıb.

O qeyd edib ki, hazırda şəhidin ailəsi ilə bərabər bankdadır: “Bankın rəhbərliyi ilə görüşdük. Bank borcu öz üzərinə götürdü və hazırda bununla bağlı sənədlər hazırlanır. Hardasa 100 min manata yaxın borcdan söhbət gedir”.

Deputat bildirib ki, məsələ Birinci Vitse-Prezident Mehriban Əliyevanın da reaksiyasına səbəb olub: “Məsələ Mehriban xanımın diqqətindədir. Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov da şəhidin anası ilə danışdı və onların problemləri ilə maraqlandı. Artıq problem arxada qaldı”.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri