23 
İyn
2017
10:39
39
6
1285
Virtual karabakh

Əmlak məsələləri ilə bağlı suallar daha tez cavablandırılacaq

23 İyn, 2017
10:39
1285

Əmlak məsələləri ilə bağlı suallar daha tez cavablandırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmlak Məsələləri Dövlət Komitəsinin qaynar xətləri 193 vahid çağrı mərkəzinə birləşdirilib.

Oxu.Az-a komitədən verilən məlumata görə, artıq qurumun bütün fəaliyyət sferasına aid olan müraciətlər vahid çağrı mərkəzi vasitəsilə cavablandırılır.

Vətəndaşlar dövlət əmlakının özəlləşdirilməsi, icarəsi və istifadəsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, özəlləşdirmə prosesində keçirilən hərraclarla bağlı suallarını, habelə torpaqların kadastr uçotu, keyfiyyət göstəricilərinin müəyyən edilməsi, istifadə vəziyyəti, təyinatının dəyişdirilməsi, ünvan və digər məsələlərlə əlaqədar yalnız bir nömrəyə -193 saylı vahid çağrı mərkəzinə ünvanlaya bilərlər. Başqa sözlə, ölkə əhalisi Komitənin fəaliyyəti ilə bağlı yaranan bütün suallarının cavabını 193 saylı vahid çağrı mərkəzinə zəng etməklə öyrənir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri