23 
İyn
2017
16:11
18
86
2127
Virtual karabakh

FES-in daha üç dəfə faiz artımına gedəcəyi ehtimal edilir

23 İyn, 2017
16:11
2127

FES-in daha üç dəfə faiz artımına gedəcəyi ehtimal edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ iqtisadiyyatının cari ilin ilk yarısında zəif artım tempi inflyasiyanın azalmasına və əmək haqlarının zəif yüksəlməsinə səbəb olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, İsveçrənin “Credit Suisse” bankı bu barədə hesabatında bildirib. Qeyd edib ki, cari ilin II yarısından etibarən ABŞ iqtisadiyyatında vəziyyətin düzələcəyi gözlənilir. 

Bankın Asiya-Sakit Okean regionu üzrə baş investisiya analitiki Con Vuds (John Woods) hesab edir ki, Bankın ekspertləri FES rəhbəri Canet Yellenin (Jannet Yellen) mövqeyi ilə razıdırlar və ilin sonuna qədər daha bir faiz artımı qərarı gözləyirlər. Növbəti ildə isə “Credit Suisse”  FES-in daha üç dəfə faiz artıracağını ehtimal edir. Bank həmçinin Almaniya və Britaniya istiqrazlarının gəlirliliyinin artacağını proqnozlaşdırır.

Əgər “Credit Suisse”  bankının proqnozları özünü doğruldarsa, ABŞ dollarının gələn il kəskin möhkəmlənməsi gözlənilir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri