23 
İyn
2017
16:35
19
66
1597
Virtual karabakh

Palata bankları gücləndirilmiş iş rejiminə keçirdi

23 İyn, 2017
16:35
1597

Palata bankları gücləndirilmiş iş rejiminə keçirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə “2017 Formula-1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar olaraq bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. 

Oxu.Az palataya istinadən xəbər verir ki, Azərbaycanda 2-ci dəfə keçiriləcək dünyaca məşhur Formula-1 yarışlarını izləmək üçün Bakıya gələcək çoxsaylı əcnəbi qonaqların və şəhərimizin sakinlərinin valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 24 bankın 60 filial və şöbəsi 23-25 iyun tarixlərində gücləndirilmiş iş rejimində xidmət göstərəcək.  

Bundan əlavə, yarışlar dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 2 filial və 6 şöbəsi 24 saat işləyəcək.

L.Ə.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri