23 
İyn
2017
16:56
8
61
1509
Virtual karabakh

İcmal büdcənin gəlir və xərcləri bəlli oldu

23 İyn, 2017
16:56
1509

İcmal büdcənin gəlir və xərcləri bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın 2017-ci il dövlət büdcəsinə ediləcək dəyişiklikdən sonra builki icmal büdcənin gəlirləri 22 840,9 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 2 820,2 mln. manat və ya 14,1% çoxdur.

Oxu.Az Report-a istinadən xəbər verir ki, icmal büdcənin xərclərinin isə təsdiq edilmiş göstəriciyə nisbətən 3,7% və ya 1 051,0 mln. manat artırılaraq 29 818,2 mln. manata çatdırılması nəzərdə tutulur.

Dəyişikliklərin Milli Məclisin iyunun 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri mütləq ifadədə 16 766 mln. manat həcmində proqnozlaşdırılır, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 mln. manat və ya 3,1% çoxdur. Yenidən baxılma ilə 2017-ci il dövlət büdcəsi xərclərinin 1 041 mln. manat artırılaraq 17 941 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2% çox olacaq.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri