23 
İyn
2017
17:42
181
62
2977
Virtual karabakh

Ramin Quluzadə Quba şəhərində vətəndaşlarla görüşəcək

23 İyn, 2017
17:42
2977

Ramin Quluzadə Quba şəhərində vətəndaşlarla görüşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 30.06.2017-ci il tarixdə, saat 12:30-da  Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Oxu.Az-ın xəbərinə əsasən, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Quba rayonunda                   023 3355050
Qusar rayonunda                  023 3853157
Xaçmaz  rayonunda              023 3252218
Şabran rayonunda                023 3532004
Siyəzən  rayonunda              023 3040120
Xızı rayonunda                      023 3150100

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri