24 
İyn
2017
12:35
27
577
8458
Virtual karabakh

“Bank of Baku” şəhid ailəsini məhkəməyə verdi

24 İyn, 2017
12:35
8458

“Bank of Baku” şəhid ailəsini məhkəməyə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstehlak kreditləri sahəsində ölkənin fəal banklarından olan “Bank of Baku” müharibə iştirakçısı, şəhid yoldaşı, 4 uşaq anası Simuzər Ağakişiyevanı çıxılmaz vəziyyətdə qoyub. 

Oxu.Az xəbər verir ki, bu haqda jurnalist, astroloq Səbuhi Rəhimli sosial şəbəkədə paylaşdığı statusunda bildirir: “Mənim Simuzər Agakişiyeva adlı bir kurs yoldaşım vardı. 1992-ci ildə çox kişilər tuman altında gizlənəndə o, mərdlik nümunəsi göstərərək könüllü surətdə cəbhəyə yollanmışdı, Abdal-Gülablıda rəşadət göstərmişdi. Dəqiq nişançı idi, bir gülləsi də hədəfdən yayınmırdı. 4 dəfə düşmənlə açıq döyüşdə həlledici rol oynamışdı.

İndi o, 4 uşaq anasıdır, müharibə acısı yaşayır, övladının birinin müşkül halını dirçəltmək üçün ömrünü xərcləyir. Üstəlik, şəhid ailəsidir.

Bu gün Simuzər xanım  “Bank of Baku” tərəfindən məhkəməyə verilib. Ödəyib bitirdiyi kreditin bitmədiyini “əsas” gətirib ona yenidən ödəniş etdirməyə çalışırlar. Hər halda özü and-aman edir ki, bu təhdidlər haqsızdır. Gəlin, laqeyd qalmayaq, onun haqqını tanıyaq. Elə bilirsiniz belə qadınlar bizdə çoxdur?”

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri