27 
İyn
2017
18:25
115
40
2158
Virtual karabakh

TAP-ın rəhbəri dəyişib

27 İyn, 2017
18:25
2158

TAP-ın rəhbəri dəyişib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

TAP konsorsiumunun (Trans Adriatic Pipeline AG, TAP) rəhbərliyinə yeni təyinat olub.

Oxu.Az xəbər verir ki, konsorsiumdan “APA-Economics”ə daxil olan məlumata görə, Luka Skieppati TAP-ın baş icraçı direktor, Uolter Peeraer isə prezident postuna təyin ediliblər. Hər iki şəxs vəzifələrinin icrasına iyunun 27-dən etibarən başlayır.

Qeyd edək ki, L. Skieppati Yan Bredşounu əvəzləyib.

L.Skieppati TAP-a 1991-ci ildən çalışdığı İtaliyanın “Snam” şirkətindən qoşulub.

U.Peeraerin sonuncu iş yeri isə Belçikanın “Fluxys” şirkəti olub. Mütəxəssis şirkətin İdarə Heyətinin üzvü və icraçı direktoru kimi fəaliyyət göstərib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri