28 
İyn
2017
16:23
31
105
3346
Virtual karabakh

SOCAR BP-dən idarəçi transfer edib

28 İyn, 2017
16:23
3346

SOCAR BP-dən idarəçi transfer edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SOCAR Turkiye Enerji A.Ş.”də kadr dəyişikliyi olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, SOCAR-ın Türkiyədəki törəməsinin xarici əlaqələr bölməsinin rəhbəri vəzifəsinə Murat LeCompte gətirilib.

Bu aydan yeni vəzifəsinin icrasına başlayan M. LeCompte  “SOCAR Turkiye Enerji A.Ş.” və törəmə müəssisələrin korporativ, media, müəssisədaxili əlaqə, sosial məsuliyyət layihələri və böhranın idarə edilməsi strategiyasının hazırlanmasına görə cavabdehlik daşıyacaq.

Qeyd edək ki, enerji və texnologiya sahəsində 27 illik iş təcrübəsinə malik M.LeCompte 2006-2017-ci illərdə “BP Türkiyə” şirkətində xarici əlaqələr üzrə müdir və korporativ əlaqələr direktoru vəzifəsində çalışıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri