29 
İyn
2017
13:37
73
22
3753
Virtual karabakh

Mərkəzi Banklar kağız pullardan imtina edir

29 İyn, 2017
13:37
3753

Mərkəzi Banklar kağız pullardan imtina edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə əməliyyatlarının elektron aparıldığı şəraitdə mərkəzi banklar virtual pul vahidlərindən istifadə etmək fikrini araşdırırlar.

Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, kredit kartlarının əməliyyat xərcləri, faizləri, eləcə də kağız pulların çapının xərcli olduğu nəzərə alındıqda, rəqəmsal pul vahidləri kiçik müəssisələr və istehlakçılar üçün olduqca faydalı ola bilər.

Avropa, eləcə də  Asiya  mərkəzi bankları virtual pul vahidi istifadəsini nəzərdən keçirir. Vyetnam Mərkəzi Bankı mart ayında bitcoin istifadə etmə ehtimalını “ciddi” qiymətləndirdiyini bildirib. Çin Mərkəzi Bankı isə ölkənin prototip kripto pulunu istifadə etmək üçün sınaqlara başladığını açıqlayıb. Danimarka Mərkəzi Bankı da e-kron istifadə etmək üzərində düşünür. 
 
L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri