29 
İyn
2017
14:14
27
57
3138
Virtual karabakh

Sıfır avroluq əskinas çap edildi

29 İyn, 2017
14:14
3138

Sıfır avroluq əskinas çap edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Mərkəz Bankı sıfır avro dəyərində əskinas çap edib. Bu əskinaslar 2,5 avroya satılacaq.

Oxu.Az  Marja-ya istinadən xəbər verir ki, hədiyyəlik əşya və xatirə pulu xarakterində çap edilən 0 (sıfır) avroluq əskinaslardan 5 min ədədi bazara çıxarılıb. 

Avropa Mərkəzi Bankından alınan xüsusi razılıqla çap edilən sıfır avroluq əskinaslar əsl avrolar ilə eyni standartlarda və eyni keyfiyyətli kağızlarda, oxşar holoqramlar istifadə edilərək istehsal edilib. Pulların üzərində hədiyyə məqsədli olduğu qeyd edilib. Əskinasın üzərində 1958-ci ildə Alman donanmasının gəmilərindən biri olan “Gorch Fock II”-nin şəkli verilib.

0 (sıfır) avro üzərində yer alan “Gorch Fock II” gəmisi 1961-1990 illər arasında 10 Alman Markının üzərində də istifadə edilmişdi.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri