29 
İyn
2017
14:31
6
57
1717
Virtual karabakh

Qlobal borc rekord həddə çatıb

29 İyn, 2017
14:31
1717

Qlobal borc rekord həddə çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya üzrə borcun məbləği illik müqayisədə 600 mlrd. dollar artaraq bu il aprelin 1-nə 217 trln. dollar təşkil edib. 

Oxu.Az xəbər verir ki, bu barədə Report Rusiya mətbuatına istinadən yazıb.

Bildirilir ki, Beynəlxalq Maliyyə İnstitutunun (Institute of International Finance, IIF) məlumatına əsasən, yeni rekord dünya üzrə ümumi daxili məhsulun (ÜDM) 327%-nə bərabərdir. Borca dövlət, bank, şirkət və ev təsərrüfatı borcları daxildir.

“Qlobal borc yükü qeyri-bərabər paylanıb, bəzi ölkələrdə və sahələrdə azalıb, digərlərində isə əksinə, artıb. Borcun bu son artımı uzunmüddətli artım üçün maneə, həmçinin maliyyə sabitliyi üçün risklər yarada bilər”, - deyə İİF xəbərdalıq edib.

İl ərzində borcun ən yüksək artımı ABŞ və Çində qeydə alınıb. Hər iki ölkədə borc 2 trln. dollar artıb. Çində borc 32,7 trln. dollara, ABŞ-da isə 63 trln. dollara çatıb. Buna baxmayaraq, ABŞ iqtisadiyyatının artımı borc artımını üstələyib ki, nəticədə borcun ÜDM-ə nisbəti 2,5 faiz bəndi azalıb. Çində də borcun artım tempi ÜDM-in artımından geri qalıb.

Borcun ÜDM-ə nisbəti Çin, Çili, Kolumbiya və Türkiyədə artıb, Tailand, Braziliya, Rusiya və Macarıstanda azalıb.

L.Ə.

www.oxu.az  

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri