29 
İyn
2017
16:25
17
48
1039
Virtual karabakh

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana ayırmaları azalıb

29 İyn, 2017
16:25
1039

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana ayırmaları azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi bu ilin aprel-may ayları ərzində 57 mln. avro və yaxud 2,2% azalaraq iyunun 1-nə 2,52 mlrd. avro təşkil edib. 

Oxu.Az Report-a istinadən bildirir ki, verilmiş borclarda özəl sektorun payı 51% olaraq qalıb. 

Qeyd olunur ki, bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı da dəyişməyib və 161-dir.

2 ay ərzində Azərbaycanın banka ödənişlərinin həcmi 40 mln. avro və yaxud 2,1% azalaraq 1,87 mlrd. avroya düşüb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 24 mln. avro və yaxud 3,9% azalaraq 592 mln. avro olub.

Hesabat dövründə AYİB-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfel isə 39 mln. avro yaxud 4,5% azalaraq 873 mln. avroya düşüb.

Qeyd edək ki, AYİB-nin Azərbaycandakı aktiv layihə portfelində dəyişiklik yoxdur və hazırda Bank Azərbaycanda 54 aktiv layihədən ibarət portfelə malikdir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri