15 
İyl
2017
10:16
41
696
14013
Virtual karabakh

Ucuz taksi erasına son – Benzin qiyməti tarifləri silkələdi

15 İyl, 2017
10:16
14013

Ucuz taksi erasına son – Benzin qiyməti tarifləri silkələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tarif Şurasının 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətini1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edib.

Oxu.Az benzinin qiymətinin artmasının ölkədə taksi xidməti göstərən şirkətlərin tariflərinə təsirini araşdırıb.

Konkret məsafə - “20 Yanvar” və “İçərişəhər” metro stansiyaları üzrə may ayı üzrə qiymətlərlə Tarif Şurasının qərarından sonrakı qiymətlərin müqayisəsini təqdim edirik:

“Salam Taksi”  may ayında məsafə üzrə gediş haqqı 2,51 manat, Tarif Şurasının qərarından sonra 2.95 manat; 
“Felix Taxı” may ayında məsafə üzrə gediş haqqı 3,76 manat, Tarif Şurasının qərarından sonra 4,50  manat;
“Uber” may ayında məsafə üzrə gediş haqqı 4 manat, Tarif Şurasının qərarından sonra 4,18 manat;

“City Taxı”, “Taxı24” hələlik xidmət tariflərinə dəyişiklik etməyib. Nəzərə çatdıraq ki, simvolik seçdiyimiz məsafə 6 km təşkil edir.

Hazırda Bakıda 10-dan çox sifarişli taksi şirkəti və 16 min fərdi taksi xidməti mövcuddur.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri