15 
İyl
2017
12:10
34
544
17521
Virtual karabakh

Rusiya prezidenti benzinin bahalaşmasından danışdı

15 İyl, 2017
12:10
17521

Rusiya prezidenti benzinin bahalaşmasından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putin ölkəsində benzinin bahalaşmasına münasibət bildirib. 

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, prezident artımın müxtəlif səbəblərinin olduğunu, o cümlədən burada xarici yanacaq bazarının konyunkturasının da rol oynadığını deyib.

V.Putin deyib ki, müstəqil bazarın olduğu şəraitdə qonşu ölkələrlə müqayisədə benzinin qiymətini aşağı saxlamaq mümkün deyil:

“Əks təqdirdə “dəmir qapılar” düzəltmək məcburiyyətindəyik. Çünki Rusiyada benzinin qiyməti qonşu ölkələrdən ucuz olduğundan yanacağın sərhəddən çıxarılması halları baş verəcək”.

O həmçinin bildirib ki, bahalaşmaya baxmayaraq, Rusiyada benzin hələ də bir çox ölkələrlə müqayisədə ucuzdur.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri