16 
İyl
2017
11:30
24
635
5961
Virtual karabakh

Benzinin bahalaşması kənd təsərrüfatı məhsullarının qiymətinə necə təsir edəcək?

16 İyl, 2017
11:30
5961

Benzinin bahalaşması kənd təsərrüfatı məhsullarının qiymətinə necə təsir edəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda Aİ-92 markalı benzinin qiymətinin artması kənd təsərrüfatı məhsullarının öz qiymətinin qalxmasına səbəb olmayacaq.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bu fikirləri Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov AzTv telekanalının efirində bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı texnikası dizel yanacağı ilə işləyir: "Aİ-92 markalı benzin kənd təsərrüfatı məhsullarının istehsalında iştirak etmir. Buna görə də, qeyd edilən markalı benzinin qiymətinin qalxması kənd təsərrüfatı mallarının istehsalına və qiymətlərinə heç bir formada təsir edə bilməz".

Tarif şurasının katibinin sözlərinə əsasən, dəyişiklik, həmçinin, sərnişin və yükdaşıma nəqliyyat vasitələrinə də təsir etməyəcək: 

“İctimai nəqliyyat vasitələri sırasında, yəni avtobuslarda, həmçinin dəniz nəqliyyat vasitələri ilə sərnişin və yük daşıma üsullarında üstünlük təşkil edən yanacaq növü dizeldir, bəziləri isə maye qazdan istifadə edir. Bu halı Aİ-92 benzini əvəzinə reaktiv yanacaqdan istifadə edən hava nəqliyyat vasitələrinə də şamil etmək olar. Göründüyü kimi, yük və sərnişin daşıma vasitələrinin əsas yanacaq növləri dizel, aviabenzin, sıxılmış və maye qaz olduğundan, benzinin qiymətinin qalxması onlara təsir etməyəcək”.

İ.Məcidovun sözlərinə görə, dəyişiklik fərdi taksi xidmətlərinin qiymətlərində dəyişikliyə səbəb ola bilər, lakin yenə də, artım çox cüzi olacaq: 

“Taksi xidmətində çalışan sürücülərin çoxu dizel yanacağından istifadə edir. Lakin hətta onlar Aİ-92 markalı benzindən istifadə etsələr də belə, hər 100 km yola 10 litr benzin sərf edirdilərsə xərcləri hər km üçün 0.02 manat 10 km yol üçün isə 0.2 manat miqdarında artır. Bu sahə üzrə rəqabətlik yetərincə yüksək səviyyədədir, odur ki, hansısa şirkət əsassız şəkildə qiymət qaldırdığı halda müştəri bazasını itirəcək. 2013-cü ildə dizel yanacağının qiyməti qalxdıqda bir çox taksi xidmətləri qiymətləri qaldırdı, lakin bir müddət keçdikdən sonra yüksək rəqabətlilik üzündən yenidən aşağı salmaq məcburiyyətində oldular. Nəticə etibarı ilə, hal-hazırda ölkədə taksi xidmətlərinin qiyməti 2013-cü ildən aşağıdır”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri