17 
İyl
2017
10:07
12
132
1551
Virtual karabakh

Mobil operatorların gəlirləri artıb

17 İyl, 2017
10:07
1551

Mobil operatorların gəlirləri artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın informasiya və rabitə müəssisələri 828,4 mln. manatlıq xidmət göstərib ki, onun da 72,1%-i əhali tərəfindən istehlak olunub.
 
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 3,7% artıb.

Bu sahədə əldə edilmiş gəlirin 81,5%-i qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 48,1%-i və ya 398,1 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Beləliklə, mobil operatorların gəlirləri faiz nisbəti ilə azalıb. Belə ki, yanvar-may aylarında xidmətlərdən əldə edilən gəlirin 48,3 faizi mobil rabitə sahəsində formalaşmışdı.

Dəyər ifadəsində isə mobil operatorların gəlirləri artıb. Yanvar-may ayında mobil operatorlar 326,7 milyon manat gəlir əldə etmişdilər. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri