17 
İyl
2017
10:23
7
54
996
Virtual karabakh

Neft Fondunun valyuta məzənnələrinin dəyişməsindən yaranan xərci azalıb

17 İyl, 2017
10:23
996

Neft Fondunun valyuta məzənnələrinin dəyişməsindən yaranan xərci azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq nəticəsində Dövlət Neft Fondunun büdcədənkənar xərci 98,4 milyon manat olub.  

Oxu.Az xəbər verir ki, 2017-ci ilin yanvar–mart ayları ərzində fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar xərci 873,9 milyon manat təşkil etmişdi.

Fondun aktivlərinə gəlincə, iyulun 1-ə fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 milyon ABŞ dolları) nisbətən 4,96% artaraq 34 790,9 milyon dollara təşkil edib. 

Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına olub.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri