17 
İyl
2017
11:33
12
26
1043
Virtual karabakh

“Ernst & Young” “Meqa Sığorta” ASC-nin maliyyə hesabatlarına İFRS standartları üzrə müsbət rəy verdi!

17 İyl, 2017
11:33
1043

“Ernst & Young” “Meqa Sığorta” ASC-nin maliyyə hesabatlarına İFRS standartları üzrə müsbət rəy verdi!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Meqa Sığorta” ASC, növbəti uğura imza atıb. Belə ki, verilən məlumata əsasən, şirkət, Beynəlxalq Maliyyə Hesabatları Standardlarına (İFRS) uyğun hesabatların auditini müvəffəqiyyətlə tamamlayıb.

Dünyanın ən nüfuzlu beynəlxalq audit şirkətlərindən biri hesab edilən “Ernst & Young” şirkəti “Meqa Sığorta” ASC-nin 31 dekabr 2016-cı il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standardlarına uyğun hazırlanmış hesabatlarına müsbət rəy verib və həmin rəydə maliyyə hesabatlarının bütün mühüm aspektlər üzrə düzgün tərtib edilməsi qeyd edilib.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlar üzrə hazırlanması və istifadəçilərə təqdim edilməsi şirkət üzrə bütün əməliyyatların tam şəffaf və transparant aparıldığını bir daha təsdiq edir.

Bundan əlavə, Beynəlxalq Maliyyə Hesabatları Standartlarının tətbiqi, şirkətin səhmdarları, müştəriləri, həmçinin yerli və xarici sığorta və təkrarsığorta partnyorları üçün əhəmiyyətli sayılaraq, onun mövcud maliyyə vəziyyəti və fəaliyyəti haqqında məlumatların dəqiq, dürüst və şəffaf çatdırılmasını təmin edir və şirkətin gələcəkdə beynəlxalq kapital bazarlarına çıxışı üçün geniş imkanlar yaradır. 

Xatırladırıq ki, “Meqa Sığorta” ASC öz fəaliyyətinə 01.10.2010-cu il tarixində başlamış, daima peşəkar və etibarlı tərəfdaş olmaqla müştərilərinə qayğısız və arxayın həyat təmin etməyi özünə başlıca məqsəd seçmişdir. Şirkət həm fiziki, həm də hüquqi şəxslərə təqdim olunan 30 könüllü və 3 icbari sığorta növü üzrə, 15 filial və nümayəndəliklər vasitəsilə Bakıda və Azərbaycanın digər bölgələrində sığorta xidmətləri göstərir.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri