17 
İyl
2017
18:00
17
468
3532
Virtual karabakh

Avtomobil yanacağının satışından 781,7 milyon gəlir əldə edilib

17 İyl, 2017
18:00
3532

Avtomobil yanacağının satışından 781,7 milyon gəlir əldə edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvar-iyun aylarında ölkəyə 2240 avtomobil idxal edilib. 

Oxu.Az rəsmi statistikaya əsasən xəbər verir ki, ötən ilin müvafiq dövrünə nisbətdə avtomobil idxalı 15,5 faiz artıb. Əvəzində ölkədə minik avtomobillərinin istehsalı 62,5 faiz azalıb. Belə ki, hesabat dövründə 21 avtomobil istehsal olunub. 

Yanvar-iyun aylarında ölkədə 618,3 min ton avtomobil benzini istehsal edilib. Avtomobil benzininin istehsalı bir ildə 8,3 faiz artıb. Avtomobil yanacağının satışından 781,7 milyon gəlir əldə edilib. Bu da 2016-cı ilin yanvar-iyun aylarına nisbətən 1,3 faiz azdır. Avtomobil yanacağının əhalinin xərclərində payı 4,8 faiz olub.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri