17 
İyl
2017
18:50
74
234
1526
Virtual karabakh

İçki və tütün məmulatlarının qiymətləri bir ildə 18 faiz bahalaşıb

17 İyl, 2017
18:50
1526

İçki və tütün məmulatlarının qiymətləri bir ildə 18 faiz bahalaşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri may ayına nisbətən 2,5 faiz ucuzlaşıb.

Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  əvvəlki ilin müvafiq dövrünə nisbətən isə bu məhsullar 18,1 faiz bahalaşıb.

Hesabat dövründə qeyri-ərzaq məhsullarının qiymətləri may ayına nisbətən 0,1 faiz, 2017-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 12,4 faiz yüksəlib.

Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərinə gəlincə, may ayına nisbətən 0,1 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 9,4 faiz bahalaşma baş verib.

Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 113,2 faiz təşkil edib.

L.Ə.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri