17 
İyl
2017
18:06
136
48
1238
yuxarı
Problemli kreditlərin həcmi bir ildə 15 faizə yaxın artıb
17 İyl, 2017
18:06
1238
136
48
Problemli kreditlərin həcmi bir ildə 15 faizə yaxın artıb
2017-ci il iyunun 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz azalaraq milli valyuta ekvivalentində 14794,0 milyon manat olub.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, ümumi kredit portfelinin 11774,2 milyon manatı və ya 79,6 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 32,2 faizi dövlət, 65,1 faizi qeyri-dövlət bankları, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 11,8 faizini təşkil edib. Ümumilikdə 1739,8 milyon manatın ödəmə vaxtı keçib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz artım deməkdir.
L.Ə.
Bizimlə əlaqə saxlayın
Digər İqtisadiyyat xəbərləri
20 
Apr
2024
00:00
“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO
105
10
2823
19 
Apr
2024
20:00
Azərbaycanla Ermənistan arasında mühüm razılaşma - Xəbərlərin 20:00 buraxılışı
93
9
705