21 
İyl
2017
11:46
95
18
2988
Virtual karabakh

Dollar avroya nisbətdə son iki ilin ən aşağı səviyyəsinə düşdü

21 İyl, 2017
11:46
2988

Dollar avroya nisbətdə son iki ilin ən aşağı səviyyəsinə düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Mərkəzi Bankının rəhbəri Mario Draghinin açıqlamaları dolların avroya nisbətdə iki ilin ən aşağı səviyyəsinə düşməsinə səbəb olub.

Oxu.Az xəbər verir ki, ABŞ valyutasının altı böyük pul qarşısındakı vəziyyətini əks etdirən dollar indeksi 0.9 faiz dəyər itirib. 

Avro isə dollara nisbətdə 1.1653 səviyyəsinə yüksəlib. 

Qeyd edək ki, ECB dünən keçirdiyi iclasda faiz dərəcələrini və monetar ekspansiyanın həcmini dəyişməyib.

Bu xəbər avronun məzənnəsini bir qədər ucuzlaşdırsa da, M.Draginin mətbuat konfransındakı açıqlamaları ilə avro yenidən güclənməyə başlayıb. Belə ki, Dragi Avrozona iqtisadiyyatında mənfi tendensiyanın xarici amillərlə, inflyasiyanın isə xammal qiymətləri ilə əlaqəli olduğunu bildirib, iqtisadi göstəricilərin gələcəkdə iqtisadi artımı sürətləndirəcəyini qeyd edib. Həmçinin, maliyyə bazarlarına likvidliyin verilməsini davam etdirmək zərurətini vurğulayıb.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri