21 
İyl
2017
12:34
16
98
1648
Virtual karabakh

“Azneft” İB: Yeni quyuların qazılması nəticəsində 22138 ton neft hasil edilib

21 İyl, 2017
12:34
1648

“Azneft” İB: Yeni quyuların qazılması nəticəsində 22138 ton neft hasil edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin I yarısında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi üzrə 3071,5 min ton neft və 2557,2 mln. kubmetr qaz hasil edilib.

Oxu.Az-a “Azneft” İB-dən verilən məlumata görə, yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib.

Həyata keçirilmiş qazma işləri nəticəsində, ilin ilk 6 ayı ərzində “Azneft”in sifarişi əsasında 36 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 22138 ton neft hasil edilib. İlin əvvəlindən 320 geoloji tədbir keçirilib, nəticədə 101539 ton neft hasil edilib ki, bu da plana qarşı 47 tədbir çox və 40 093 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 20894 ton plana qarşı 26304 ton neft hasil edilib. İlk yarımillikdə fəaliyyətsiz quyu fondundan 33 quyu nəzərdə tutulduğu halda, 55 quyu istismara qaytarılıb. Bu quyulardan isə 15 321,5 ton əlavə neft alınıb.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri