21 
İyl
2017
12:46
111
34
4784
Virtual karabakh

Azərbaycanın balıq istehsalçısı satışa çıxarıldı

21 İyl, 2017
12:46
4784

Azərbaycanın balıq istehsalçısı satışa çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur “Dalğa”, “Balıqçı” və “Yelkən” brendləri sahibi olan “M.Ş.” MMC şirkəti satışa çıxarılıb. 

Şirkətin sahibinin Oxu.Az-a açıqlamasına görə, müsəssisə uzun müddətdir bazarda fəaliyyət göstərir: “Şirkətin artıq satışa çıxarılması ilə bağlı qərar verdik. Müəssisə balıq istehsalı və satışı ilə məşğuldur. Hər 3 brendin - “Dalğa”, “Balıqçı” və “Yelkən” üçün müəlliflik hüququ və sertifikatı var”.

O da məlum oldu ki, müəssisə özünə tərəfdaş axtarmır, bazara təklif edilir: “Artıq satışla bağlı müraciətlər var”.

Qeyd edək ki, “M.Ş.” MMC  10 milyon manata satılır. 

“M.Ş.” Tam Ortaqlı Şirkəti 18 sentyabr 2000-ci ildə dövlət qeydiyyatından keçib, 2009-cu ildə MMC statusu alıb.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri