21 
İyl
2017
16:49
57
90
8976
Virtual karabakh

Evimiz - başqa bir dünyaya səyahət!

21 İyl, 2017
16:49
8976

Evimiz - başqa bir dünyaya səyahət!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaricdə olarkən biz “ev üçün hər şey” tipli dükanları çox böyük həvəslə gəzirik. Oradakı çeşid, qiymətlərin münasibliyi, keyfiyyət, dizayn və hamısını birdən almaq istədiyimiz dekor ləvazimatları bizi valeh edir. Bir neçə komplekt yataq dəsti, bax o süfrəni də, hədiyyəlik dəsmalları da və bir-iki  dənə də uşaqlar üçün nəsə almaq olar. Amma bu coşqu çox davam etmir. Baqaj limitini və onsuz da hər istədiyimizi apara bilməyəcəyimizi xatırlayırıq. Bir neçə tələsik seçilmiş hədiyyəlik dəstlə kassaya yaxınlaşırıq. “Kaş, bizdə də belə bir mağaza olaydı!”, - deyə iç çəkirik.

Bu, baş verdi! Paytaxtımız Bakıda ölçüləri və çeşidi ilə təsirləndirən ev üçün hər şey formatında “Evimiz” mağazası açıldı. O məşhur reklamda deyildiyi kimi: “İynədən tutmuş royala bütün dünya piştaxtaya”. 

Məhsullarının çeşidi və gözəlliyi ilə sizi valeh edəcək bir dünyaya səyahət etmək istəyirsiniz? Elə isə getdik! Mağazanın astanasında artıq reklam şiti və sloqan sizə “başqa bir dünyaya səyahət” söz verir. Girişdə gözə çarpan ilk şey rahat alış-verişdən yorulmasın deyə övladınızı qoya biləcəyiniz təchizatlı uşaq otağıdır. Və cəsarətlə arabanı götürüb (təbii ki, əgər alınmalı əşyaların siyahısını tutmusunuzsa) şöbələrdə səyahətə başlayırıq.

Mebel lazımdır? Buyurun, mebel bölümü! İstənilən zövqə və büdcəyə uyğun orijinal və praktik nəsə seçmək olar. Klassik, modern və ya avanqard. 

Qab-qacaq və mətbəx ləvazimatları bölümü rəngarəngliyi və müxtəlifliyi ilə göz oxşayacaq. Yalnız gündəlik istifadə üçün deyil, həm də yaranmaq mümkün olmayan qonaqlarınızı ürəyinizcə qəbul etmək üçün lazım olan hər şey var. Seçimdə kömək istəməkdən çəkinməyin. Mehriban personal məmnuniyyətlə izah edəcək: bu silikon qabda bişirmək olar, yoxsa o, ancaq buz üçündür. 

Səyahətimiz davam edir. İrəlidə istənilən zövqə və ölçüyə uyğun yataq dəstləri, dəsmallar, dekorativ xalı və xalçalar, pled və yastıqlar, ortopedik matraslar var. Deyəsən, daha bir araba lazım olacaq, axı çıxışa hələ var. 

“Mağazamızda tam çeşiddə məişət texnikası da var” məsləhətçi nəzakətlə bildirir. 

Çilçıraq və işıqlandırma bölməsindən yan keçmək mümkün deyil. Klassik üslub cəsarətli dizayner işi ilə əla uyğunlaşır. 

Dekor və səliqəli ev bölümündə isə ən bəhanəçi və səriştəli ev xanımı ürəyinə yatan nə isə tapacaq. Bu, orijinal pano-saat və ya dəyişiləbilən aroma-şamlı bağ lampası da ola bilər. Beləsini lap ad günündə də hədiyyə etmək olar. Satışda müasir dəbli dekorativ güldanlar var - yazı masasına yaraşıq verən ən kiçiyindən tutmuş, yeni mənzilin qonaq otağını bəzəyəcək iri həcmli  güldanlaradək. 

Artıq kassalara yaxınlaşırıq. Burada bizə xüsusi qiymətli məhsullar təklif edilir.

Bax belə. Qısaca, mənim qiyabi səyahətim burada yekunlaşır. Ümid edirəm ki, bəzi təəssüratlar yarada bildim, təbii ki, pozitiv. Siz də “Evimiz” mağazasına baş çəkin. Bura bir dəfə gəlsəniz, yenə və yenə də gələmək istəyəcəksiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri