21 
İyl
2017
15:47
9
210
1106
Virtual karabakh

6 ayda əhaliyə 20,5 milyard manatlıq xidmət göstərilib

21 İyl, 2017
15:47
1106

6 ayda əhaliyə 20,5 milyard manatlıq xidmət göstərilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin iyul ayının 1-nə istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 20,5 milyard manat olmaqla, 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,5 faiz artıb.

Oxu.Az xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-iyun aylarının səviyyəsini real ifadədə 1,7 faiz üstələyərək 19,7 milyard manata bərabər olub. 51,3 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. 

Cari ilin birinci yarısında bir istehlakçı orta hesabla ayda 352,0 manatlıq və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 44,7 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri