21 
İyl
2017
16:20
21
63
1097
Virtual karabakh

“Bank VTB” (Azərbaycan) bu ilin birinci yarısını mənfəətlə başa vurub

21 İyl, 2017
16:20
1097

“Bank VTB” (Azərbaycan) bu ilin birinci yarısını mənfəətlə başa vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin birinci yarısının nəticələrinə əsasən, “Bank VTB” (Azərbaycan)-ın mənfəəti 3 mln. manatı keçib. Cari ilin 30 iyun tarixinə bankın aktivləri təqribən 405 mln. manat, öhdəlikləri isə 366 mln. manat olub. Bankın öhdəliklərinin təqribən yarısı – 177,5 mln manatı depozitlər təşkil edib.

İkinci rübün sonuna bankın kredit portfeli 323 mln. manatı ötüb ki, bu məbləğin də 200 mln. manatı hüquqi şəxslərin və sahibkarların payına düşüb. 

Hesabat dövründə bankın məcmu kapitalı 50,9 mln. manat olub ki, bu da AR Mərkəzi Bankının kommersiya banklarının kapitalına dair tələblərə tam cavab verir. Birinci və ikinci dərəcəli kapital adekvatlığı tələblər 5% və 10% olduğu halda müvafiq olaraq 29,71% və 50,38% təşkil edib.  

“Bank VTB” (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: “VTB Bank ASC” və “AtaHolding” MMC-dir. “Bank VTB” (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də, fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14  filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri