24 
İyl
2017
09:45
23
47
2324
Virtual karabakh

Neftin qiyməti ilə bağlı proqnoz aşağı düşdü

24 İyl, 2017
09:45
2324

Neftin qiyməti ilə bağlı proqnoz aşağı düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Valyuta Fondu (IMF) 2017 və 2018-ci illər üçün neft proqnozlarını 3 dollar/barel azaldaraq müvafiq olaraq 51,9 və 52 dollar/barelə salıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə IMF-ın yenilənmiş “World Economic Outlook” dünya iqtisadiyyatı üzrə iyul icmal hesabatında bildirilir.

Fondun analitiklərinin fikrincə, neft qiymətləri ABŞ-da yüksək hasilat həcmi və təklifin artması nəticəsində azalır: "2016-cı ilin ikinci yarısında başlayan neft qiymətlərinin artması nəticəsində inflyasiyanın yüksəlməsi prosesi də artıq zəifləyib”.

Qeyd edək ki, IMF-in aprel icmalında neftin 2017-ci il üçün proqnoz qiyməti 55,23 dollar/barel, 2018-ci ili üçün isə 55,06 dollar/barel olub.

L.Ə.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri