24 
İyl
2017
10:17
24
9
986
Virtual karabakh

“Azər Türk Bank”ın məcmu kapitalının adekvatlığı 40 faizi ötüb

24 İyl, 2017
10:17
986

“Azər Türk Bank”ın məcmu kapitalının adekvatlığı 40 faizi ötüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət bankı “Azər Türk Bank”ın mətbuat xidməti bildirir ki, 30 iyun 2017-ci il tarixinə bankın aktivləri 311 623 min manat səviyyəsində olub.

Kredit portfelinin həcmi 126,7 milyon manat təşkil edib. Bankın məcmu kapitalı, tutulmalardan sonra 54 811 min manat, məcmu kapitalın adekvatlıq əmsalı 40,84 faiz səviyyəsindədir.

Ümumi gəlirlər 12 milyon 544 min manat, xərclər 11,1 milyon manat təşkil edib, bankın xalis mənfəəti 1 milyon 430 min manatdan çox olub. Bankın depozit potfeli 206,3 milyon manat həcmindədir.

“Azər Türk Bank”ın nizamnamə kapitalı 50 milyon manat səviyyəsindədir. 22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri