24 
İyl
2017
16:51
10
101
6213
Virtual karabakh

Bakıda və kənarlarda torpağın qiymətləri

24 İyl, 2017
16:51
6213

Bakıda və kənarlarda torpağın qiymətləri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əvvəlki illərlə müqayisədə torpaq bazarında süstlük müşahidə olunur”.

Oxu.Az xəbər verir ki, bunu  Modern.az-a açıqlamasında “MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. 

N.İbrahimov bildirib ki, vətəndaşların əksəriyyəti şəxsi ev tikmir, buna görə də bazardakı qiymətlərdə dəyişiklik yoxdur: “Bakıda torpağın sotu təxminən  4-5 min, bir az kənar qəsəbələrdə 1000-1500 manatadır”.

Ekspert bölgələrdə də vəziyyətin təxminən eyni olduğunu vurğulayıb: “Bölgələrdə rayon mərkəzlərində torpağın 1 sotu 3000-8000-10000 manat arasında dəyişir. Rayon mərkəzlərində torpağın bir sotu 5-10000 manat, nisbətən ucqar yerlərdə 3-6000 manat arasındadır. Kənd yerlərində isə sotu 500 manatdan 3000 manata qədər qiymətə torpaq almaq olar”. 

N.İbrahimovun sözlərinə görə, Bakı kəndlərilə müqayisədə rayon kəndlərindəki evlərin qiyməti təxminən üst-üstə düşür.
 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri