24 
İyl
2017
18:01
5
54
1900
Virtual karabakh

Maliyyə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin siyahısı dəyişdirilib

24 İyl, 2017
18:01
1900

Maliyyə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin siyahısı dəyişdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə Bazarlarına Nəzarət Palatasının əmri ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin siyahısı”na dəyişiklik edilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, dəyişiklik İranla bağlı təsir tədbirlərinin tətbiqinin qeyri-müəyyən müddətə dayandırılması ilə əlaqədardır.

Monitorinq subyektləri siyahıda müəyyən edilmiş dövlətlərlə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan pul vəsaitləri və ya digər əmlakla əməliyyatların məqsədini və mahiyyətini aydınlaşdırmalı, həmin dövlətlərlə aparılan əməliyyatlar barədə maliyyə monitorinqi orqanını dərhal məlumatlandırmalıdır.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri