25 
İyl
2017
11:53
5
43
1234
Virtual karabakh

OPEC razılaşmasına iki ölkədən dəstək

25 İyl, 2017
11:53
1234

OPEC razılaşmasına iki ölkədən dəstək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın enerji naziri Aleksandr Novak, lazım gələrsə, neft istehsalının azaldılması ilə bağlı razılaşmanın 2018-ci ilin mart ayından sonra da uzadılmasını tövsiyə etdiklərini bildirib. 

Oxu.Az xəbər verir ki, nazir neft istehsalının azaldılması  istiqamətindəki  razılaşmanın müvəffəqiyyətlə tətbiq olunduğunu deyib. Novak bildirib ki, bu il neft bazarlarındakı təklif çoxluğu 350 milyon barel azalıb.

OPEC razılaşmasına bütün tərəflərin əməl etməsinin əsas şərt olduğunu vurğulayan Novak razılaşmanın müddətinin 2018-ci ilin martından sonrakı müddətə də uzadılmasını tövsiyə etdiklərini bildirib.

Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih də ölkəsinin neft ixracatını keçən il ilə müqayisədə gündəlik 1 milyon barel səviyyəsində azaltdığını deyib. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri