25 
İyl
2017
11:57
11
52
1877
Virtual karabakh

Sığorta-pensiya sisteminin əhatə etdiyi şəxslərin sayı artıb

25 İyl, 2017
11:57
1877

Sığorta-pensiya sisteminin əhatə etdiyi şəxslərin sayı artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il fərdi uçot sistemində əlavə olaraq 124770 nəfər şəxs qeydiyyata alınıb.

Oxu.Az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 2017-ci ildə də artmaqda davam edib. 

Cari ilin yanvar-iyun aylarında fərdi uçot sistemində əlavə olaraq 124770 nəfərə fərdi şəxsi hesab açılıb ki, bu da ötən ilin müvafiq dövrü (98995 nəfər) ilə müqayisədə 25775 nəfər və ya 26 faiz çoxdur. Beləliklə, 01 iyul 2017-ci il tarixə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 279 149 nəfər) ilə müqayisədə 217529 nəfər və ya 6,6 faiz artaraq 3496678 nəfərə çatıb. Həmin şəxslərdən 59,5 faizini kişilər, 40,5 faizini qadınlar təşkil edir.

Azərbaycanda 2006-cı ildə qurulmuş müasir sığorta-pensiya sisteminin aparıcı komponenti kimi fəaliyyət göstərən fərdi uçot sistemi işləyən əhalinin əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsində iştirak etməsinə şərait yaradıb. Bu məqsədlə vətəndaşlara fərdi şəxsi hesablarında pensiya kapitallarını formalaşdırmaq imkanı verilib. Sistemdə fərdi şəxsi hesabı olanların sayının mütəmadi artımı da vətəndaşların bu sahədə aktiv iştiraka marağını göstərir.

L.Ə.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri